Gədəbəydə ölümlə nəticələnən qəza

18 Avqust 2019 19:13 (UTC+04:00)

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Gədəbəy rayon Düzyurd kəndində qeydə alınıb. “QAZel” markalı yük maşını ilə “VAZ-2106” toqquşması nəticəsində minik avtomobilinin sərnişini 1995-ci il təvəllüdlü Allahverdiyev Bəxtiyar İsmət oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.