Bu küçələrdə hərəkət 1 həftə məhdudlaşdırılacaq

19 Avqust 2019 14:14 (UTC+04:00)

Bakı şəhəri Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol-tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən hərəkət məhdudlaşdırılacaq.

Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.