Putini təhqir edən jurnalist işdən qovuldu

20 Avqust 2019 20:58 (UTC+04:00)

Gürcüstanın “Rustavi 2” telekanalı bir neçə jurnalisti işdən çıxarıb.

Teleqraf.com xəbər verir ki, onların arasında Rusiya prezidenti Vladimir Putini təhqir edən jurnalist Georgi Qabuniya da var. Bundna başqa teleşirkətin informasiya şöbəsinin direktoru Nodar Meladze də işdən çıxarılıb. Məzuniyyətdən sonra isə daha bir neçə əməkdaşın ixtisar ediləcəyi bildirilib.

Xatırladaq ki, Georgi Qabuniya kanalın canlı efirində Putini və valideynlərini təhqir etmişdi.