Hindistan-Pakistan sərhədində atışma - ölənlər var

21 Avqust 2019 07:46 (UTC+04:00)

Hindistan-Pakistan sərhədində növbəti atışma olub.

Teleqraf.com xəbər verir ki, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir. Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var.

Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.