Rəşad Atakişiyevlə vida mərasimi başa çatdı - Foto/Yeniləndi

21 Avqust 2019 11:00 (UTC+04:00)

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində ("Salyanskı" kazarmada) Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə rəsmi vida mərasimi başa çatıb.

Pilot dəfn edilmək üçün MN-in Təlim Tədris Mərkəzindən 2-ci Fəxri Xiyabana aparılıb.

Jurnalistlər mərasimin rəsmi hissəsinə buraxılmayıb.

***

09:32

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindən götürülən cənazə rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə aparılıb.

***

09:09

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.