Dostunun keçmiş arvadı ilə sevgilidir? - Fotolar

21 Avqust 2019 20:13 (UTC+04:00)

“Erkən uçan quş” serialıyla məşhurlaşan Demet Özdəmirlə Kaan İldırımın birgə fotoları söz-söhbətə səbəb olub.

Teleqraf.com xəbər verir ki, onların Bodrumda istirahət edən zaman çəkdirdikləri fotolar dedi-qoduların doğru olması ehtimalı artırır.

Bir müddət bundan öncə həyat yoldaşı Əzgi Əyyuboğludan boşanan Kaan İldırımın Demet Özdəmirin keçmiş həyat yoldaşı Seçkin Özdəmirlə yaxın dost olduğu bildirilir.