Prezident Sabir Nağıyevə general-leytenant rütbəsi verdi

21 Avqust 2019 18:25 (UTC+04:00)

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Xüsusi Dövlət Mühafizə Xidmətində çalışan Sabir Nağıyev bir neçə dəfə Prezident tərəfindən təltif olunub.