Abşeronda geyim mağazası yandı

22 Avqust 2019 13:20 (UTC+04:00)

Abşeron rayonunda geyim mağazası yanıb.

Hadisə Xırdalan şəhərində, köhnə bazar adlanan ərazidə qeydə alınıb.

Hadisə yerinə Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Vətəndaşa məxsus ümumi sahəsi 1000 kvadratmetrə yaxın geyim mağazası yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır./report/