Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət aldı - Video/Yeniləndi

22 Avqust 2019 17:13 (UTC+04:00)

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.

***

16:36

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı hadisə yerinə gəlib.

Hələ yanğının qarşısını almaq mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, hadisə yerinə 4 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".

***

15:54

Bakıda yanğın başlayıb.

Yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub. (oxu.az)