İctimai fikri çaşdırmaq istəyirlər... - Şərh

22 Avqust 2019 18:10 (UTC+04:00)

Bu günlərdə qəzaya uğrayan MİQ-29 döyüş təyyarəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif çaşdırıcı fikirlərin müzakirəsini məqsədəuyğun hesab etmirəm. İlk növbədə heç kim hadisədən, təbii fəlakətdən sığortalanmayıb. İkincisi, bu hadisənin təfərrüatına gəldikdə isə Müdafiə Nazirliyinin rəsmi açıqlaması var və bu, hər kəsi qane etməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

O, bəzi qrupların ictimai fikri çaşdırmaq üçün dövriyyəyə müxtəlif fikirlər atıb müzakirələr açdıqlarını söyləyib: “Bu isə kimlərinsə maraqlarına xidmət edir və ordumuz, dövlətimiz haqqında mənfi fikir yaratmaq məqsədi daşıyır. Xüsusilə, bu mövzunun müzakirəsi anti-Azərbaycan qüvvələrin, ölkəmizə qarşı kampaniya aparan qrupların marağındadır. Amma yaddan çıxarmaq lazım deyil ki, torpaqlarımız işğal altındadır və döyüş vəziyyətində olan bir ölkənin vətəndaşları hərbi məlumatların müzakirəsində ehtiyatla davranmalıdır”.

Bəhruz Quliyevin fikrincə, belə hadisələri kimlərinsə siyasi mübarizə predmetinə çevrməsinə imkan verilməməlidir.