Coratda batan şəxsi xilas etdilər

22 Avqust 2019 22:43 (UTC+04:00)

Bu gün Coratda, xilasetmə məntəqəsinin ərazisində çimən bir nəfər batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, o, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas olunub.