Tovuzda 22 yaşlı gənc bıçaqlandı

24 Avqust 2019 01:35 (UTC+04:00)

Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.

Hunanlar kənd sakini, 1997-ci il təvəllüdlü İsmayıl Məmmədov mübahisə zəminində həmkəndlisi tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Ağır xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.