XİN Ukraynanın Müstəqillik Gününü təbrik etdi

24 Avqust 2019 13:27 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində qeyd olunub.

“İnanırıq ki, Azərbaycan və Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafeyinə xidmət etmək üçün bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Dost Ukrayna xalqına xoşbəxtlik, sülh və firavanlıq diləyirik”, - deyə XİN-in təbrikində qeyd olunub.