Tramp Makronla görüşdü

24 Avqust 2019 22:45 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Teleqraf.com-un məlumatına görə, prezidentlər Fransanın Biarriç şəhərində keçirilən G7 sammiti öncəsi səhər yeməyi ediblər.

Qeyd olunur ki, Makronla Tramp “Böyük yeddilər”in (G7) sammitində Ukraynadakı vəziyyəti müzakirə edəcək.