Nigeriyada kilsə aşdı: 17 ölü, 100 yaralı

14 Sentyabr 2014 11:49 (UTC+04:00)

Nigeriyanın ən böyük şəhəri Laqosun cənub-qərbində kilsə binasının aşması nəticəsində 17 nəfər dünyasını dəyişib, 100 nəfər isə yaralanıb.

ANS PRESS-in məlumatına görə, binanın qonaqlar üçün hissəsi aşıb. Kilsə ölkədə məşhur ruhani olan Temitope Baloqun Coşuanın idarəsində olan “Bütün millətlərin - Sinaqoqu” dini təşkilatına aiddir.

Milli xilasetmə xidmətinin (NEMA) nümayəndəsi İbrahim Farinlanın bildirdiyinə görə, binanın aşmasına ikimərtəbəli binada 3-cü mərtəbənin tikintisi üçün gedən işlər səbəb ola bilər. Faciənin baş verməsinin əsl səbəbləri isə ekspertlərin araşdırmasından sonra bilinəcək.

Qeyd edək ki, Coşuanın xütbələrinə, onu peyğəmbər və şəfaət mənbəyi bilərək minlərlə nigeriyalı gəlir. Röytersin bildirdiyinə görə, Coşuanın Afrikanın digər ölkələrində də davamçıları var.