Avropanın ən çox alkoqol içilən ölkələri hansılardır?

6 Sentyabr 2019 00:13 (UTC+04:00)

Avropanın ən çox spirtli içki içilən ölkəsi Litvadır. Burada adambaşı 15 litr təmiz spirt düşür.

Teleqraf.com xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının Avropa ölkələrində alkoqoldan istifadə barədə hesabatında belə deyilir.

İkinci yeri Çexiya (14,4 litr), üçüncü yeri Almaniya (13,4 litr) tutur.

Onların ardınca İrlandiya, Lüksemburq, Latviya, Bolqarıstan, Fransa, Rumıniya və Sloveniya gəlirlər.

Ekspertlər 30 ölkə üzrə məlumatları nəzərdən keçiriblər.

Mütəxəssislər qeyd ediblər ki, hər il Avropada alkoqoldan istifadə səbəbindən 290 min insan ölür.

Orta hesabla, 15 yaşını keçmiş Avropa sakini həftədə 2 şüşə içki içir. İçməyən şəxslərin də olduğunu nəzərə alsaq, alkoqoldan istifadə edənlər üçün bu göstərici 3 şüşəyə qalxır. Ekspertlər onu da qeyd ediblər ki, alkoqollu içkilərdən bu qədər istifadə sağlamlığa ziyandır.