Azərbaycanlı aktrisa: Kişi meymundan bir az fərqləndi, bəsdir - Video

7 Sentyabr 2019 08:17 (UTC+04:00)

Əslən azərbaycanlı, Türkiyədə yaşayıb, orada aktrisalıq fəaliyyəti ilə məşğul olan Nəsrin Cavadzadə "Aşk tesadüfleri sever 2" filminin qala gecəsində "Maqazin D"yə verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, cazibədar aktrisa jurnalistin "Hansı tip bəylər sizin diqqətinizi çəkir?" sualına yarı zarafat, yarı gerçək cavab verib.

"Diqqətimi çirkin və cazibədar bəylər çəkir. Çəkici, amma yaraşıqlı olmayan kişiləri bəyənirəm. Düşünürəm ki, kişilərdə yaraşıq bir az ürküdən məqamdır. Nənəm həmişə mənə deyərdi ki, ərin meymundan bir az yaraşıqlı olsa, yetər. Onun sözlərini qulağımda sırğa etmişəm".

Qeyd edək ki, Nəsrinin son işi bu günlərdə premyerası keçirilən "Aşk tesadüfleri sever 2" filmidir.

Cavadzadə sözügedən ekran əsərində baş rolda çəkilib.