Tanınmış vəkilin fəaliyyəti dayandırıldı - Foto

10 Sentyabr 2019 14:08 (UTC+04:00)

Vəkillər Kollegiyasının üzvü Adil İsmayılovun fərliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında qərar verilib.

Onun fəaliyyətinin intizam icraatı səbəbindən dayandırıldığı bildirilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə, o cümlədən, 08.09.2019-cu il tarixdə keçirilmiş vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələri haqqında məlumat verib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içiblər.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.