Ərdoğan xəbərdarlıq etdi: “Avropanın təhlükəsizliyi əlimizdədir”

10 Sentyabr 2019 16:08 (UTC+04:00)

Türkiyə regional problemlərin dünyaya təsirinin qarşısını alır. Bu gün ölkəmizdə 3,6 milyon suriyalı olmaqla dünyanın müxtəlif yerindən fərqliu statusla gələn 5 milyon insana qucaq açıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Təyyib Ərdoğan deyib.

Prezident əlavə edib ki, NATO-dakı müttəfiqləri daxil olmaqla bütövlükdə Avropanın təhlükəsizliyini Türkiyə təmin edir: “Ancaq ölkəmizin yeni bir köç dalğası ilə üzləşməsi artıq mümkün deyil”.