Ukraynanın müdafiə naziri prioritetləri açıqladı

11 Sentyabr 2019 00:26 (UTC+04:00)

Ukraynanın Müdafiə naziri Andrey Zaqorodnyuk Ukrayna Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin İslahatlar Komitəsinin yüksək səviyyəli strateji müşavirləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir görüşdə Ukraynanın hərbi siyasətinin prioritetlərini səsləndirib.

“Mən daim Ukrayna Prezidenti ilə görüşürəm, bu yaxınlarda Baş Nazirlə görüşmüşəm. Biz görüşlərdə Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi üçün vacib addımları müzakirə edirik. Bundan əlavə, parlament bizi tam dəstəkləyir. O, indi bizim təşəbbüslərimizi qanunvericilik səviyyəsində dəstəkləməyə hazırdır”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın strateji dövlət prioritetləri dəyişməz qalır: "Bunlar Avropaya və Avratlantik məkana inteqrasiyadır. Dövlətin hərbi siyasəti məhz bu baza prinsiplərinə əsaslanacaq. NATO standartları və onların bütün sahələrə yeridilməsi növbəti prioritetdir. Orduda korrupsiyaya sıfır tolerantlıq daha bir mühüm prioritetdir".