Rus hərbi gəmisi İstanbul boğazında - Foto

11 Sentyabr 2019 01:24 (UTC+04:00)

Rusiyaya aid hərbi gəmi ötən gün İstabul boğazından keçib.

Teleqraf.com xəbər verir ki, Rusiya Hərbi Donanmasına məxsus "Azov" adlı gəminin göyərtəsində çoxlu sayda hərbçinin olması diqqətdən yayınmayıb. Gəminin arxa hissəsini isə silahlı əsgərlər nəzarət edib.

İstanbul boğazını təxminən 1 saat yarıma keçən rus gəmisi Aralıq dənizinə istiqamət almaq üçün Mərmərə dənizinə açılıb.