İmamoğlu Strasburqa dəvət edildi

11 Sentyabr 2019 21:44 (UTC+04:00)

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu Strasburqa dəvət edib.

Teleqraf.com xəbər verir ki, İmamoğlu oktyabrda keçiriləcək sessiyaya dəvət olunub.

Sessiya oktyabrın 29-dan 31-dək davam edəcək.

Toplantıda Türkiyədəki yerli seçkiləri izləyən heyətin hesabatı ətrafında da müzakirə aparılacaq, səsvermə keçiriləcək.