Tramp Boltonu niyə azad etdi? - "Blumberq"dən sensasion iddia

11 Sentyabr 2019 23:58 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu İran mövzusunda fikir ayrılığına görə postundan məhrum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Blumberq" agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.
Bolton Trampın İran Prezidenti Həsən Ruhani ilə görüşü və Tehrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını təklifinə qarşı çıxıb. Maliyyə naziri Stiven Mnuçin də Trampı dəstəkləyib.

Nəşr həmçinin BMT Baş Assambleyası çərçivəsində Trampın Ruhani ilə sentyabrda baş tutacaq Nyu-York görüşünə hazırlıq getdiyini xatırladıb.