ABŞ F-35-ləri bu ölkəyə satır - Qərar

12 Sentyabr 2019 01:00 (UTC+04:00)

ABŞ Polşaya 32 ədəd F-35 qırıcısı satacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti artıq sənədi təsdiqləyib.

Satılacaq təyyarələrin 6,5 milyard dollar dəyərində olduğu bildirilir.

Verilən qərarın ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi ilə bağlı maraqlarına uyğun olduğu qeyd edilib.