Partiya sədrinə cinayət işi açıldı – Şok ittiham

12 Sentyabr 2019 10:07 (UTC+04:00)

2011-ci ildə Nəcməddin Ərbakanın ölümünün sonra Türkiyənin müxalifətdə olan Səadət Partiyasının başqanı seçilmiş Mustafa Kamalak barəsində “Terror təşkilatının təbliğatını aparmaq” ittihamı üzrə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Kamalakın Fəthullahçı Terror Təşkilatının (FETÖ) təbliğatını apardığı və fəthullahçıları təriflədiyi iddia edilib.

Mustafa Kamalaka yönəlik 2017-ci ildə başlayan istintaq çərçivəsində məlum olub ki, sabiq partiya başqanı 2014-2016-ci illər aralığında Ankarada FETÖ-nün təbliğatı ilə məşğul olub.

İttihamnamədə Kamalaka yönəlmiş ittihamların onun Səadət Partiyasının başqanı olduğu dönəmləri əhatə etdiyinə diqqət çəkilib.

O, 2011-ci ildə sözügedən partiyanın başqanı seçilmiş, 2016-cı ildə bu postu Təməl Karamollaoğluna təhvil vermişdi.