ABŞ-a miqrant axını dayandırılır - Tramp məhkəməni uddu

12 Sentyabr 2019 13:14 (UTC+04:00)

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Mərkəzi Amerikadan gələn miqrantların sayının azaldılmasına dair tələbini təsdiq edib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmə Hondoras, Qvatemela və Salvador kimi ölkələrdən miqrant axınının dayandırılması haqda qərar verib.

Qərara görə, Mərkəzi Amerika ölkələrində yaşayan, ancaq ikinci ölkə vasitəsilə ABŞ-a daxil olaraq oturum tələb edən miqrantlara rədd cavab veriləcək.

Prezident Tramp Ali Məhkəmənin qərarını dəstəkləyib.