Azərbaycan nefti həftə ərzində bahalaşdı

16 Sentyabr 2019 10:46 (UTC+04:00)

Ötən həftə ərzində (9-13 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin 1,57 ABŞ dolları və ya 2,46% artaraq orta hesabla 65,29 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 67,14 dollar – sentyabrın 10-da qeydə alınıb.