Azərbaycanın Baş konsulu İmamoğlu ilə görüşdü – Foto

16 Sentyabr 2019 11:57 (UTC+04:00)

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni seçilmiş başçısı Əkrəm İmamoğluna nəzakət ziyarəti edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb. Görüş sentyabrın 13-də baş tutub.

Görüş zamanı tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.