Mehriban Əliyevadan qaziyə dəstək

16 Sentyabr 2019 15:59 (UTC+04:00)

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi əməliyyat olunacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı şairə - yazar Səbinə Yusif qeyd edib.

O bildirib ki, əməliyyata lazım olan maddi vəsait Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.