Sabirabadda dəhşətli qəza: Ölən var

16 Sentyabr 2019 16:27 (UTC+04:00)

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Axısxa kəndi ərazisində Saatlı rayon sakini Nizami Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.