Putin Ərdoğanı Moskvaya dəvət etdi

16 Sentyabr 2019 21:34 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Rusiya Enerji Həftəsi" beynəlxalq forumuna dəvət edib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Ərdoğanı oktyabrın 2-dən 5-dək Moskvada keçiriləcək foruma qatılmağa çağırıb.

Qeyd edək ki, Vladimir Putin hazırda Ankarada səfərdədir.