"Yuventus"un hücumçusu qəzəblənərək məşqçini vurdu - Video

17 Sentyabr 2019 21:23 (UTC+04:00)

İtaliyanın "Yuventus" komandasının futbolçusu Qonzalo İquain Çempionlar Liqasının qrup mərhələsinin I turunda İspaniya "Atletiko"su (Madrid) ilə qarşılaşacaqları matçdan öncə məşq zamanı qəzəblənib.

Teleqraf.com-un məlumatına görə, 32 yaşlı hücumçu topa çata bilməyib və ayağı ilə köməkçi məşqçilərdən birinin dizinə vurub. Argentinalı oyunçu daha sonra reklam lövhəsini təpikləyib. Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib.

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Atletiko" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.