Tvitterdən skandal qərar: PKK-nın səhifəsini...

17 Sentyabr 2019 22:07 (UTC+04:00)

Tvitter sosial şəbəkəsi PKK-nın Suriya qolu YPG-nin səhifəsini rəsmi şəkildə tanıyıb.

Səhifənin adının qarşısında “mavi quş” işarəsi peyda olub.

Bu da, səhifənin sosial şəbəkə administrasiyası tərəfindən rəsmi şəkildə qəbul edildiyi anlamına gəlir.

Beləliklə, terror qruplaşmasının virtual sferada imkanlarının daha da genişlənəcəyi qeyd edilib.