Ağstafada Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın oldu

18 Sentyabr 2019 10:07 (UTC+04:00)

Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib.

Hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib.

Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır./report/