Göbək atdığına görə işdən qovulan məktəb direktoru yenidən – Vəzifədə

18 Sentyabr 2019 11:41 (UTC+04:00)

Adanada 2017-ci ilin 10 noyabr Atatürkün anım tədbiri zamanı məktəbin həyətində göbək atan Vəhabzadə sosial elmlər liseyinin müdiri Məhməd Siri Huylu vəzifədən azad olunsa da, iki ildən sonra yenidən həmin məktəbə rəhbər təyin edilib.

Teleqraf.com xəbər verir ki, Huylunun yenidən məktəb direktoru təyin edilməsi ciddi narazılığa səbəb olub.

CHP Adana millət vəkili Burhanəddin Bulud məsələni Türkiyə parlamentində qaldırıb və təhsil naziri Ziya Səlcuqdan izahat tələb edib: “AKP-dən deputatlığa namizəd olan Huyly 2 ildən sonra yenidən eyni məktəbə direktor təyin edilib. Bu şəxsin eyni məktəbə direktor təyin edilməsi hansı ehtiyacdan doğub? Bunun izahatını verin”.

Deputat mətbuata deyib ki, Atatürk şəxsiyyətinə hörmətsizlik əslində bütövlükdə cəmiyyətə qarşıdır.

Xatırladaq ki, Türkiyədə 10 noyabr Mustafa Kamal Atatürkün anım günüdür. Atatürk 1938-ci ilin 10 noyabrında vəfat edib. Hər ilin 10 noyabrında məktəblərdə Atatürkün anma günü keçirilir.

2017-ci ildə Adanada liseydə keçirilən anım tədbiri zamanı məktəb direktoru oynayıb. Bu da kəskin etirazlara səbəb olub.