Bu gün "Qarabağ" oynayır

19 Sentyabr 2019 09:23 (UTC+04:00)

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.

Teleqraf.com verir ki, öllkəmizi turnirdə təmsil edən “Qarabağ” da meydana çıxacaq.

"Qarabağ" Avroliqanın beşqat qalibi və bu göstəricidə alternativsiz rekordçusu “Sevilya”nı qəbul edəcək. "Qarabağ"ın La Liqanın hazırkı liderinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı sınağa çəkəcək.

19 sentyabr, Avropa Liqası, A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

20:55. APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq)