Baş nazirin biabırçı fotosu yayıldı - Ölkə bir-birinə dəydi

19 Sentyabr 2019 12:18 (UTC+04:00)

Kanadanın baş naziri Castin Trüdonun biabırçı fotosu mətbuata sızıb.

Teleqraf.com xəbər verir ki, fotoda Trüdonun illər əvvəl qatıldığı bir tədbirdə xanımların əhatəsində özünə “qara dərili” insan görüntüsü verib.

Fotonun mətbuata sızması bomba kimi partlayıb.

2001-ci ildə çəkilən fotonu “Taym” dərgisi ələ keçirə bilib. Dərgi bildirib ki, 2001-ci ilin 21 oktyabrında baş nazir qatıldığı “Ərəb gecələri” tədbirdə Ələddinin sehirli “kostyumunu” geyinib.

Fotonun “irqçilik” ruhunda olduğunu boynuna siyasətçi “bunu etməməli idim” deyib.

Xatırladaq ki, oktyabrın 21-də Kanadada parlament seçkiləri keçiriləcək. Baş nazirin fotosunun bu ərəfədə ortaya çıxması təsadüfi sayılmır.

Artıq Kanadanın müxalifət lideri Andrev Şeer bəyan edib ki, baş nazirin fotosunun 2001-ci ildə çəkilməsinə baxmayaraq indi də irqçi məna daşıyır. Onun fikrincə, belə bir siyasətçinin ölkəni idarə etmək haqqı yoxdur.

Demokrat Partiyasının lideri Şinq isə fotonun aşağılayıcı xarakterdə olduğunu elan edib.

Yaşıllar Partiyasının lideri Elizabet May sosial şəbəkədə “Bu fotonu görünən irqçilik səbəbindən şokdayam. Verdiyi zərər səbəbindən dərhal üzr diləməlidir” saçıqlamasını verib.