“NATO Rusiyadan zəifdir” – ABŞ-dan sensasion etiraf

19 Sentyabr 2019 16:11 (UTC+04:00)

“NATO ölkələrinin may ayında yeni hərbi strategiyaya dair anlaşma imzalamasının əsas səbəbi NATO-nun Rusiya qarşısında hərbi üstünlüyünü itirməsi ilə bağlı idi”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Jozef Danford deyib.

Danfordun sözlərinə görə, Rusiya əsas rəqibdir və NATO-nun yenidən dirçələn Rusiyaya qarşı hərbi üstünlüyü zəifləyib:

“NATO komandanlığı hərbi tarazlığın dəyişməsini görür və buna görə də may ayında yeni hərbi anlaşma imzalamağa məcbur oldu”.

Rusiyanın nüvə silahlarının azaldılmasına dair anlaşmanın şərtlərini yerinə yetirmədiyini deyən Danford deyib:

“Rusiya Prezidenti Putin istehsal etdiyi yeni silahlarla ABŞ-ı təhdid edir. 1990-cı illərdə belə rəqabət yoxdur. Silah və strategiya məsələsi ilə bağlı gedən prosesə həssas yanaşmaq lazımdır”.