Ermənistan mülki vətəndaşları hərbi təlimlərə cəlb edir – Skandal qərar

19 Sentyabr 2019 17:41 (UTC+04:00)

24 sentyabr - 5 oktyabr tarixlərində Ermənistanda strateji hərbi təlimlər keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin iclasında Ermənistanın müdafiə naziri David Tonoyan məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 4-dən oktyabrın 5-dək dövlət təlim qurumlarının və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə təlim-təhsil məşğələləri çərçivəsində strateji təlimlərin keçirilməsi planlaşdırılır:

“Məqsəd müvafiq xidmətlərin döyüşə getmək hazırlığını yoxlamaqdır”.

Qeyd olunur ki, təlimlər ehtiyat kadrların (cəmi 6%) və nəqliyyat vasitələrinin iştirakı ilə baş tutacaq. Ehtiyatda olan kadrlar 3-5 gün müddətinə çağırılacaq.

Nazirin sözlərinə görə, bəzi mülki şəxslər də bu proseslərdə iştirak edəcək.

Mülki vətəndaşların və ehtiyat kadrların orduya cəlb edilməsi erməni mediasında orduda kadr çatışmazlığı iddiasının yayılmasına yol açıb.