“Qızıl top” bu tarixdə veriləcək

20 Sentyabr 2019 01:35 (UTC+04:00)

“France Football” nəşri ilin ən yaxşı futbolçusunu verdiyi “Qızıl top”un mükafatlandırma mərasiminin vaxtını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, mərasim dekabrın 2-də Parisin Şalte teatrında olacaq. Namizədlərin siyahısı oktyabrın 21-i dərc ediləcdək.

Qeyd edək ki, ötən “Qızıl top”u Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç qazanıb.