Ağstafada 57 yaşlı qadın dəm qazından zəhərləndi

21 Sentyabr 2019 19:30 (UTC+04:00)

Ağstafada dəm qazından zəhərlənmə olub.

Hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1962 ci il təvəlüdlü Məmmədova Rahilə Baloğlan qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa/