Ticarət mərkəzi kül oldu – Dəhşətli yanğın

21 Sentyabr 2019 15:40 (UTC+04:00)

Rusiyanın Vladivostok şəhərində yerləşən bir ticarət mərkəzində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, ticarət mərkəzinin damında baş verən yanğın qısa müddətdə bütün binaya yayılıb.

Olay yerinə xilasedicilər cəlb olunub.

Saatlarla davam edən müdaxilədən sonra yanğının qarşısını alındığı və kimsənin xəsarət almadığı bildirilib.

Yanğının hansı səbəbdən çıxdığı açıqlanmayıb, araşdırma aparılır.