Külək dam örtüyünü ahıl kişinin üstünə aşırdı

21 Sentyabr 2019 23:59 (UTC+04:00)

Güclü külək Abseron sakininin xəsarət almasına səbəb olub.

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

Qəsəbədə küləyin təsirindən dam örtüyü 1945-ci il təvəllüdlü Mustafayev Ağamirzə Mirzə oğlunun üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli əziyi diaqnozu qoyulub.