Bakıda bədbəxt hadisə: 3-cü mərtəbədən...

22 Sentyabr 2019 08:35 (UTC+04:00)

Bakıda 29 yaşlı gənc yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsindəki yaşayış binalarından birində, 1990-cı il təvəllüdlü Ağayev Nicat İlham oğlu yasadığı evin 3-cü mərtəbəsindən yıxılıb. Yaralı təcili yardim maşını köməyi ilə xəstəxanaya çatdırılıb. N.Ağayevə bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu qoyulub.