ABŞ-da atışma - yaralananlar var

22 Sentyabr 2019 23:43 (UTC+04:00)

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) atışma baş verib.

Teleqraf.com xəbər verir ki, atışma nəticəsində yüniyetmələr də daxil olmaqla 6 nəfər yaralanıb.

Bildirilir ki, yaralananlar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, silahlı hücum bir nəfər tərəfindən həyata keçirilib, onun axtarışları aparılır.