Fuad Musayev "Maşın"dan getdi

4 Oktyabr 2019 01:16 (UTC+04:00)

"Maşın” realiti-şousunun 18-ci buraxılışında ikinci səsvermə baş tutub.

Teleqraf.com xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Fuad Musayev olub.

Oyunda qalmaq üçün mübarizə aparan sənətçi iştirakçılar arasında fərq qoymayacağını bildirib.

O, oyunda qalacağı təqdirdə Ayan Babakişiyevanı çıxaracağını bildirib. Musayev şouda qruplaşma olduğunu və müğənninin qruplaşmanın başında dayandığını deyib.

Ayan isə öz növbəsində bundan xəbəri olmadığını deyib. O, güclü qadınlardan səs istədiyini söyləyib.

Veriliş boyunca iştirakçılar arasında söz savaşı yaşanıb.

Nəticədə 16,92 faiz səslə Fuad Musayev şoudan uzaqlaşıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirir.