"Tottenhem"də şok itki - Llorisin qolu sındı/Foto

7 Oktyabr 2019 00:13 (UTC+04:00)

"Tottenhem"in qapıçısı Uqo Lloris İngiltərə Premyer Liqasının 8-ci turunda "Brayton"la səfər oyununda ağır zədə alıb.

Teleqraf.com xəbər verir ki, fransalı qapıçı matçın 3-cü dəqiqəsində buraxılan qol zaman yerə yıxılanda qolu sınıb.

32 yaşlı qolkiper dərhal yerli xəstəxanaya yerləşdirilib. Təcrübəli qapıçı növbəti həftə tibbi müayinədən keçəcək. Onun ən azı 2 ay oynamayacağı gözlənilir.