Köçəryan əməliyyat olundu – Xəstəliyi isə gizlədilir

9 Oktyabr 2019 12:45 (UTC+04:00)

Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Köçəryan əməliyyat edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə keçmiş prezidentin əməliyyat olunduğu xəstəxananın baş həkimi Armen Çarçyan məlumat verib.

“O, bu gün əməliyyat edildi. Əməliyyat uğurla keçdi, başqa məlumat verə bilmərəm”, - Çarçyan deyib.

Əlavə edək ki, səhhətində hansı problemin olduğu açıqlanmayan Robert Köçəryan dünən həbsxanadan xəstəxanaya köçürülmüşdü.