Somalidə partlayış - əsgərlər həlak oldu

9 Oktyabr 2019 19:53 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişo yaxınlığında partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində dörd nəfər həlak olub. Daha beş nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, partlayışın qurbanları minaların təmizlənməsi üzrə əməliyyatlardan qayıdan əsgərlər olub.

Partlayışla bağlı məsuliyyəti “Əş-Şəbab” radikal qruplaşması üzərinə götürüb.