Putin müşavirini vəzifəsindən azad etdi

9 Oktyabr 2019 20:26 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin müşaviri Sergey Qlazyevi vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı müvafiq əmr prezidentin saytında dərc olunub.

Qeyd edək ki, Qlazyev bundan əvvəl Avropa İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat məsələləri üzrə naziri təyin olunub.